"2024-cü ilin 9 ayı ərzində TƏBİB-in Vətəndaş müraciətləri şöbəsinə 20134 müraciət daxil olub.
Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına təşkil olunan mediatur zamanı çıxışında deyib.
O bildirib ki, sosial media platformalarından daxil olan müraciətlərin sayı isə 2050-dir:
"Onlardan 10791 ərizə (ümumi daxil olanların 53,59 %-i), 9318 şikayət (ümumi daxil olanın 46,27 %-i), 25 təklif (ümumi daxil olanın 0,12 %-i) təşkil edib".
Günay Şahmar, Bizim.Media