EN

"18 təqaüdçüyə 1 milyon vəsait xərclənəcək"

Bu gün Milli İncəsənət Muzeyində "Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"nın seçim mərhələsinin başa çatması və "Təqaüd Proqramı üzrə Komissiya" tərəfindən seçilən namizədlərin elan olunması ilə bağlı mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki, sözügedən proqram Mədəniyyət Nazirliyi Kollegiyasının Müvafiq Qərarı ilə təsdiq edilib və həyata keçirilib.

Nazirliyin media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova ilk dəfə keçirilən bu proqramın gələcəkdə çox müsbət nəticələri olacağını bildirib.

Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov qeyd edib ki, sözügedən təqaüd proqramına 30-ya yaxın təqaüdçü müraciət edib: "Onlar arasında bir sıra meyarlar üzrə seçim aparıldı. Hər bir namizəd müsahibəyə cəlb olundu və aralarından 18 nəfər seçildi. 18 təqaüdçüyə 1 milyon vəsaitin xərclənməsi nəzərdə tutulub. Ümumilikdə isə 2026-cı ilə qədər bu proqram çərçivəsində 60 təqaüdçünün xarici ölkədə təhsil alması planlaşdırılır".

Chosen
9
5
publika.az

6Sources