EN

Bu ölkənin himni dəyişdiriləcək

“Qırğızıstan Respublikanın yeni himni yazılacaq”.

KONKRET.az xəbər verir ki, bunu ölkə parlamentinin spikeri Nurlanbek Şakiyev deyib.

O qeyd edib ki, ölkəsi inkişaf yolunu tutub:

“Bizə bütün qırğız xalqı tərəfindən oxunacaq bir himn lazımdır”.

2023-cü ilin dekabrında Şakiyev Qırğızıstanın dövlət bayrağının dəyişdirilməsinin təşəbbüskarlarından biri olub. Müvafiq qanun layihəsini həmin il dekabrın 22-də ölkə prezidenti Sadır Cəfərov imzalayıb. Qırğızıstanın yeni bayrağında günəşin təsviri dəyişdirilib. 1992-ci ildən istifadə edilən versiyadan fərqli olaraq, günəş şüaları birbaşa edilir.

Məlik,
KONKRET.az

Chosen
15
konkret.az

1Sources