EN

Koreyalı nümayəndə heyəti BMU-da olub - FOTOLAR

Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub. 

Modern.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) ilə STEPI arasında icra edilən “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan qonaqlar əvvəlcə universitetin laboratoriyalarını gəziblər. Onlara burada tədris və təcrübə üçün yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib.

Sonra STEPI-nin Qlobal İnnovasiya Strategiyasının Tədqiqat şöbəsinin baş elmi işçisi Eun Joo Kimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül ikitərəfli əlaqələrin uğurlu inkişafını vurğulayaraq, ali təhsil sahəsindəki əməkdaşlığın müsbət cəhətlərini qeyd edib. 

Görüşdə BMU-nun şöbə müdiri Mayis Əzizov tərəfindən universitetin elm və innovasiya yönümlü fəaliyyəti haqqında məlumatlar təqdim edilib. Eyni zamanda informasiya texnologiyaları sahəsində birgə araşdırmaların aparılması istiqamətində əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.

BMU Texnoparkın sədri, sözügedən layihənin Azərbaycan üzrə  ekspertlərindən biri olan İsa Qasımov STEPI-nin nümayəndə heyətinin ölkəmizə əvvəlki səfərlərini xatırladıb, qurulan əməkdaşlığın texnologiyaların transferi və elmin kommersiyalaşdırılması istiqamətində müsbət nəticələr hədəflədiyini qeyd edib. 

Tədbirdə iştirak edən YTP-nin şöbə müdiri Bünyamin Seyidov layihə haqqında danışıb və Azərbaycan-Koreya elmi-texniki əlaqələrinin böyük əhəmiyyət  daşıdığını vurğulayıb.  

Koreyalı qonaqlar STEPI-nin Azərbaycanda innovasiya ekosisteminin inkişafını dəstəklədiyi və bunun üçün kömək etməyə hər zaman hazır olduğunu bildirib, o cümlədən texnologiyaların transferi ilə bağlı layihənin icra istiqamətləri və hazırkı nəticələri barədə informasiyaları diqqətə çatdırıblar.

Müzakirələr zamanı BMU ilə STEPI arasında əməkdaşlıq potensialı nəzərdən keçirilib, müştərək proqramların hazırlanması, iş birliyinin genişləndirilməsi, həmçinin müəllim və tələbələrin texnoloji ideyalarının, startaplarının kommersiyalaşdırılmasına dair fikir mübadiləsi aparılıb. BMU Texnoparkı tərəfindən icra olunan ASSİP (“Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı")  layihəsinin görüşdə iştirak edən nümayəndələrinin təklifləri də dinlənilib, koreyalı ekspertlər tərəfindən onlara öz akademik startaplarını reallaşdırmaq yönündə bir sıra tövsiyələr verilib.

Koreyalı nümayəndə heyəti BMU-da olub - FOTOLAR

Koreyalı nümayəndə heyəti BMU-da olub - FOTOLAR

Koreyalı nümayəndə heyəti BMU-da olub - FOTOLAR

Koreyalı nümayəndə heyəti BMU-da olub - FOTOLAR

 

Chosen
12
1
modern.az

3Sources