Fransanın xarici işlər naziri Jan-Noel Barrot BMT-də islahatların aparılmasının zəruriliyindən danışıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o bu barədə "Barrot France Info" radiosuna müsahibəsində deyib.
"Fransa Braziliya, Hindistan, eləcə də Yaponiya, Almaniya və Cənubi Afrikanın BMT Təhlükəsizlik Şurasında daha yaxşı təmsil olunması üçün BMT-də islahatların aparılmasının tərəfdarıdır".