EN

İnsanlara dəyən zərəri kim ödəməlidir? - AYDINLIQ GƏTİRİLDİ

“Azərbaycan Respublikasında mülkiyyətin 3 növü mövcuddur, dövlət, xüsusi və bələdiyyə mülkiyyəti. Dövlətin balansında olan evlər vətəndaşların xüsusi mülkiyyətində hesab olunmadığına görə (məsələn, qazi və şəhid ailələri, qaçqın və məcburi köçkünlərə, sağlamlıq imkanları məhdud olan şəxslərə verilmiş evlər və sair) hər hansı bir təbii fəlakət, bədbəxt hadisə və yaxud zəlzələ baş verdiyi hallarda həmin mənzillərin, yaşayış yerlərinin təmir-tikintisi, bərpası və yenidən qurulması dövlətin öhdəliyindədir”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Vəkil sözlərinə belə davam edib: “Digər kateqoriyadan olan vətəndaşların əmlakına münasibətdə isə bildirmək istərdim ki, vətəndaşlar xüsusi mülkiyyətində olan mənzilləri və fərdi yaşayış evlərini birmənalı şəkildə sığorta etdirməlidir. İcbari sığorta etdirmək vətəndaşlar üçün məcburi olsa da, təəsüflər olsun ki, bu gün vətəndaşların bir çoxu mənzillərini sığortalamaqdan yayınırlar. İcbari sığorta olunan mənzillərdə hər hansı bir qəza digər bu qəbildən olan hallar baş verdikdə dəymiş zərərin ödənilməsi sığorta şirkəti tərəfindən 25.000 manata qədər məbləğdə qarşılanır”.

Mənzilin sığortası olmadıqda isə vətəndaş dəymiş ziyanı özü qarşılamalıdır. Yəni, dövlətin vətəndaşların xüsusi mülkiyyətində olan əmlaka münasibətdə, məsələn, baş vermiş zəlzələyə görə vətəndaşlara hər hansı bir məbləğdə kompensasiya ödəmək kimi bir öhdəliyi yoxdur.

Lakin dövlətlər və hökümətlər bir çox hallarda öz siyasi sabitliyi, iqtidarı, ümummilli maraqları qorumaq üçün könüllü şəkildə kütləvi fəlakətlər baş verən zaman vətəndaşlara dəymiş ziyanı qarşılamağa çalışırlar. Məsələn, yaxın keçmişdə Şamaxıda baş verən zəlzələ ilə bağlı dövlət başçısının sərəncam və tapşırıqlarına əsasən təbii fəlakətin törətdiyi fəsadlar aradan qaldırılmışdır”.

Ayşən Vəli

Chosen
40
sia.az

1Sources