EN

Ziraat Bank Azərbaycanın İdarə Heyətinə yeni üzv təyin olunub

Bakı. Trend:

Dünyanın 19 ölkəsində fəaliyyət göstərən “Ziraat MaliyyəQrupu”nun tərkib hissəsi olan “Ziraat Bank Azərbaycan” ASC-ninİdarə Heyətinə yeni üzv təyin olunub.

Ahmet Doğan T.C. Ziraat Bankasındakı əmək faəliyyətinə 2009-cuildə Bahçekapı İstanbul Girişimci filialında kiçik mütəxəssis kimibaşlayıb. Daha sonra ardıcıllıqla İkitelli İstanbul filialındamenecer, Pərakəndə Kreditlərin Ayrılması və İdarə Edilməsidepartamentində menecer, Pərakəndə Filial Bankçılığında menecer vəmüdir vəzifələrində fəaliyyət göstərdikdən sonra son olaraqPərakəndə Portfelin İdarəsi departamentində müdir vəzifəsindəfəaliyyətini davam etdirən Ahmet Doğan zəngin bank təcrübəsinəmalikdir.

Qeyd edək ki, Ahmet Doğan artıq Ziraat Bank AzərbaycanınKreditlərin Ayrılması və İdarə Edilməsi Qrupunu kurasiya edir.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkibhissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindənverilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasındafəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıqsahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıtşəhərlərində yerləşən ümumi 9 filialı ilə yanaşı, rəqəmsal satış vəxidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflıməlumatı, Bankın Instagram, Twitter,Linkedin sosial media hesablarından və ya *9229qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Chosen
31
10
az.trend.az

10Sources