EN

Elnarə Akimova seçicilərlə görüşdü

Deputat Elnarə Akimova Vətəndaşlarla görüş keçirdi
 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputat Elnarə Akimova seçiciləri ilə növbəti qəbulunu keçirib. XALQ.AZ məlumat verir ki,görüşdə bir çox yerli sakin iştirak edərək, onları narahat edən məsələlərlə bağlı müraciətlərini deputata çatdırıb.
Müraciətlər əsasən sosial təminat, məşğulluq və infrastruktur problemləri ilə bağlı olub. Elnarə Akimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumlarla əməkdaşlıq edəcəyini bildirib. O, bu görüşlərin vətəndaşlarla sıx ünsiyyət qurmaq, problemlərin həllinə daha effektiv yanaşmaq məqsədi daşıdığını qeyd edib.
Deputat vətəndaşların müraciətlərinə həmişə açıq olduğunu və gələcəkdə də bu cür görüşlərin davam edəcəyini vurğulayıb.
Chosen
39
1
xalq.az

3Sources