EN

Səudiyyə Ərəbistanı millisinə bu mütəxəssis rəhbərlik edəcək - SON DURUM

Ötən axşam Roberto Mançininin istefası rəsmən açıqlanan Səudiyyə Ərəbistanı millisinə yeni baş məşqçi axtarılır. 

Fanat.Az xəbər verir ki, ötən ilin avqustundan bu komandanı çalışdıran italiyalını fransız mütəxəssis əvəz edə bilər.

İnformasiyanı tanınmış insayder Nikolo Skira yayıb. Xəbərə görə, komandanın yeni sükançısı tanınmış Herve Renard olacaq. 

Fransalı artıq bir dəfə - 2019-cu ilin iyunundan 2023-cü ilin martına kimi Səudiyyə Ərəbistanı millisinə rəhbərlik edib. 56 yaşlı Renarın son iş yeri avqustda tərk etdiyi Fransanın qadınlardan ibarət milli komandasıdır. 

Səudiyyə Ərəbistanı millisi DÇ-2026-nın Asiya seçmə qrupunda lider Yaponiyadan 5 xal geri qalaraq üçüncü yeri tutur.

Mirağa

Chosen
2
fanat.az

1Sources