İsrailin hücumu əhəmiyyətli ziyana səbəb olarsa, Tehran geniş miqyaslı cavab tədbirləri görəcək...
İran hakimiyyəti silahlı qüvvələrə müharibəyə hazır olmağı əmr edib. Tehran İsrailin hücumu ərəfəsində bir neçə mümkün cavab variantı hazırlayır.
Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti dörd İran rəsmisinə istinadən məlumat yayıb.
“Ayətullah Əli Xomeneyin göstərişlərindən belə çıxır ki, İsrail İranın neft və enerji infrastrukturuna və ya nüvə obyektlərinə hücum edərsə və ya İran rəhbərliyinin nümayəndələrini öldürərsə, o zaman Tehrandan cavab hücumu mütləq gələcək”, deyə NYT yazır.
Nəşrin mənbələrinə görə, cavab tədbirləri İsraildəki hədəflərə minə qədər ballistik raketin buraxılmasını əhatə edir. Bundan əlavə, Tehran Fars körfəzində və Hörmüz boğazından gəmilərin keçidini dayandırmağı planlaşdırır ki, bu da qlobal enerji böhranına səbəb olacaq.
İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Tehran Tel-Əvivdən hücum olacağı təqdirdə İsraildə zərbələrə məruz qalacaq hədəfləri müəyyən edib. Eyni zamanda, NYT qeyd edir ki, İsrailin İrana zərbə hazırlamaq planları ilə bağlı məxfi sənədlərinin sızması Təl-Əvivi hücumu təxirə salmağa məcbur edib.
Poliqon.info