"Milan’ın baş müşaviri Zlatan İbrahimoviç komandanın düşərgəsindəki narahatedici vəziyyətə müdaxilə etməli olub.

Offsideplus.az xəbər verir ki, məlumatı "Sky Sports" yayıb.

Məlumata görə, baş məşqçi Paulo Fonska ilə futbolçular arasında yaranan anlaşılmazlıqlara isveçli mütəxəssis müdaxilə etməli olub. Oyunçularla ayrıca danışılaraq problemləri dinlənilib.

İtaliya A Seriyasının 8 turundan sonra "Milan" 14 xalla turnir cədvəlin 4-cü pilləsindədir. Əzəli rəqib "Napoli" isə 19 xalla liderlik edir.