EN

Mourinyu Premyer Liqanın autsayderini çalışdırmağa hazırdır - Özü açıqladı

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyu gələcəkdə İngiltərə Premyer Liqasına qayıtmağa hazır olduğunu açıqlayıb. 

Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis ötən gecə UEFA Avropa Liqasında "Mançester Yunayted"lə heç-heçə oynadıqları (1:1) matçdan sonra keçirdiyi mətbuat konfransında belə deyib.

Bu ilin yayından "Fənərbağça"nı çalışdıran Mourinyu 59-cu dəqiqədə onu meydandan qovmuş hakim Klement Turpini tənqid edərək, fransalını istehza ilə “dünyanın ən yaxşı hakimlərindən biri” adlandırıb . 

"Sky Sports" 61 yaşlı məşqçinin istehzayla dediyi sözləri belə çatdırıb: “Məncə, “Fənərbağça”dan ayrıldıqdan sonra edə biləcəyim ən yaxşı şey UEFA yarışlarında iştirak etməyən klubu çalışdırmaqdır. Beləliklə, əgər iki ildən sonra Premyer Liqada turnir cədvəlinin aşağı hissəsindən kiməsə məşqçi lazım olarsa, mən hazıram”. 

Portuqaliyalı əvvəllər Premyer Liqada "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"i çalışdırıb.

Mirağa

Chosen
7
fanat.az

1Sources