"Real"ın qapıçısı Tibo Kurtuanın durumuna aydınlıq gəlib.
News24.az lent.az-a istinadən xəbər verir ki, belçikalı qolkiper "El Klassiko"da iştirak etməyəcək.
Çempionlar Liqasının 3-cü turunda "Borussiya" (Dortmund) ilə görüşdə zədələnən Tibo 3-4 həftə qapını qoruya bilməyəcək. Bu mövsümdə 12 oyunda forma geyinən Kurtua bunların 4-də qapısını toxunulmaz saxlayıb.