EN

“Bir Cumhuriyet Şarkısı” tarixi filmi Bakı ekranlarında!

Oktyabrın 25-dən etibarən "CineMastercard” premium kinoteatrında Türkiyənin istehsalı olan "Bir Cumhuriyet Şarkısı” tarixi dramı nümayiş olunacaq.

Film BKM (Beşiktaş Kültür Merkezi) studiyasının XX əsrin 30-cu illərində Türkiyəni formalaşdıran tarixi hadisələrə həsr olunmuş genişmiqyaslı əsəridir. Məhz bu dövrdə böyük Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türkiyə cümhuriyyəti yaranıb.

Filmin rejissoru Yağız Alp Akaydındır. 

Əsas rollar - milli musiqi məktəbinin yaradıcılarından biri və ilk milli operanın bəstəkarı Ahmet Adnan Sayqunu canlandıran Salih Bademciyə və onun həyat yoldaşı, pianoçu Mediha rolunu canlandıran Melis Sezenə həvalə edilib.

Hərəkatın lideri M.K.Atatürkün obarızını Ertan Saban yaradıb. 

Ekran əsərində ölkənin ilk opera müğənnisi olan Nimet Vahid obrazını Birce Akalay, Münir Hayri Egeli rolunu Ahmet Rıfat Sunqar, prezident yanında simfonik orkestrin ilk bədii rəhbəri Osman Zeki Ungör rolunu isə Okan Yalabık oynayır.

Çəkilişlər bu ilin martın 11-də başlayıb və çoxdan gözlənilən premyera 2024-cü ildə - respublikanın yüz illiyi şərəfinə planlaşdırılıb.

Ülviyyə
 


Chosen
16
2
arqument.az

3Sources