EN

Oyunçularımızın qırmızı kart alması əlavə bir problem oldu

“Əfsuslar olsun məğlub olduq. Oyuna heç də pis hazırlaşmamışdıq. İlk dədiqələrdən bunu hiss elədiniz.

Komandaya qarşı müdafiə olunmaq istəmirdik. Bizim bir neçə gün vaxtımız oldu oyuna daha yaxşı hazırlaşmağa.

Əfsuslar olsun ki, sonda məğlubiyyət oldu”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Ayaks”la oyundan sonra mətbuat konfransında bildirib.

“Amma oyunçularımızın qırmızı kart alması əlavə bir problem oldu. Hər halda futbolçularımızın cəsarətindən razı qaldım bugün. Biz istəyirik bôyüyək, ancaq bunun üçün bir neçə elementlər var ki, bunu keçməliyik. Əgər qırmızı kartlar alırıqsa, deməli, hələ fikir verməli olduğumuz xırda eləmentlər də var. Azarkeslərimiz sona qədər bizlə qaldı, onlara təşkəkür edirik”, – baş məşqçi deyib.

Qurban Qurbanov qeyd edib ki, “belə bir komandanin burada olması bizimçün boyuk bir avantaj idi”.

Xatırladaq ki, Bakıda keçirilən qarşılaşmada “Qarabağ” Niderland klubu “Ayaks”a 0:3 hesabı ilə məğlub olub. \\Viral.Az

Chosen
8
2
hurriyyet.az

10Sources