EN

Türkiyə hökuməti: Ölkə sərhədlərinin ətrafında “terrorustan” qurulmasına əsla yol verilməyəcək - YENİLƏNİB

İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə təhlükəsizlik müşavirəsi keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, Atatürk Hava Limanının Dövlət Qonaq Evində mətbuata qapalı şəraitdə təşkil olunan iclas 1 saat 15 dəqiqə davam edib.

İclasdan sonra verilən yazılı açıqlamada Türkiyə Aviasiya və Aerokosmik Sənaye Səhmdar Cəmiyyətinin (TUSAŞ) Ankaradakı müəssisəsində törədilən terror aktı, eləcə də terrorla mübarizdə atılan və atılacaq addımların müzakirə edildiyi bildirilir.

Açıqlamada terrorla mübarizə və terrordan təmizlənən Türkiyə üçün ciddi səylərin davam edəcəyi, ölkə sərhədlərinin ətrafında “terrorustan” qurulmasına əsla yol verilməyəcəyi vurğulanıb.

***20:58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə təhlükəsizlik toplantısı keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, iclas İstanbulda Atatürk hava limanında 1 saatdan çox davam edib.

Toplantıda TUSAŞ-da baş verən terror aktına dair məsələlər müzakirə edilib.

İclasa xarici işlər naziri, milli müdafiə naziri, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri, Müdafiə Sənayesi İdarəsinin rəhbəri və digər rəsmi şəxslər qatılıb.

***18:43

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu axşam Təhlükəsizlik Şurasını toplayacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Trt Haber" məlumat yayıb.

Məlumata görə, Prezident Təhlükəsizlik Şurasının iclasını İstanbulda Atatürk Hava Limanında keçirəcək.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Kazanda BRİCS sammitində olarkən paytaxt Ankarada terror aktı baş vermişdi. Ankarada TUSAŞ-ın istehsal obyektində baş verən terror aktı nəticəsində 5 nəfər həyatını itirib, 22 nəfər yaralanıb.

Chosen
44
22
iqtisadiyyat.az

10Sources