"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda "Ayaks"la (Niderland) qarşılaşıb.
Qlobal.net xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən oyun qonaqların qələbəsi ilə başa çatıb - 0:3.
"Qarabağ" matçı 9 nəfərlə başa vurub. 15-ci dəqiqədə Julio Romao birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 79-cu dəqiqədə isə Elvin Cəfərquliyev ikinci sarı vərəqəni alaraq meydanı tərk edib.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiyi kollektiv Avropa Liqasındakı növbəti oyununu noyabrın 7-də Norveç təmsilçisi "Bodo Qlimt"ə qarşı keçirəcək.
***
Veqhorst 74-cü dəqiqədə “Ayaks”ın ikinci qolunu vurur - 0:2
***
77-ci dəqiqədə Akpom qonaqların üçüncü qolunu vurur - 0:3