Çeçenistanda naməlum şəxslər Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) əməkdaşlarına hücum edib, bir hərbçi həlak olub, digəri yaralanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
"Qroznı şəhərinin ətrafında naməlum şəxslər hərbi kolona hücum ediblər. Atəş nəticəsində hərbçilərdən biri həlak olub, digəri yaralanıb", – məlumatda qeyd olunub.
Bildirilir ki, yaralı tibb müəssisəsinə yerləşdirilib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
Cinayətkarların qaçdıqları bildirilir.