EN

İmişli rayonunun hərbi komissarı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib

Xəbər verdiyimiz kimi İmişli rayonunun hərbi komissarı Xəyyam Babayev saxlanılıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğundan Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, istintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi vəzifəsini icra edən, polkovnik-leytenant Babayev Xəyyam Mirzə oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri ilə ittiham elan edilib, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.

Bizim.Media

Chosen
9
30
bizim.media

10Sources