EN

BRİKS 13 ölkəyə tərəfdaşlıq verdi – Azərbaycan yoxdur!

BRİKS-in tərəfdaşlıq statusu verdiyi 13 ölkə arasında Azərbaycan yoxdur. Tələsmək lazım deyil. Azərbaycan BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatının toplantılarında iştirak edir, müzakirələrə qatılır və bu çərçivədə ikitərəfli təmaslardan faydalanır, hələ ki, bu kifayətdir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“BRİKS-ə yeni üzvlər qəbul olunsa da, təşkilat sıralarını kütləvi şəkildə artırmaqda maraqlı deyil, Argentina nümunəsi dərs olub. Argentina BRİKS-ə üzv qəbul ediləndən sonra bu ölkənin yeni prezidenti təşkilatdan imtina etdi. Buna görə təsisçi ölkələr BRİKS+ formulu təsis ediblər. Bu, təşkilata üzv olmaq istəyən ölkələr üçün sınaq müddətidir”, - o bildirib.

Qeyd edək ki, Kazanda keçirilən sammitdə BRİKS-ə üzv dövlətlərin liderləri hələlik ittifaqa yeni üzv qəbul etməmək, əvəzində bəzi ölkələrə BRİKS tərəfdaşı statusu vermək qərarına gəliblər.

Chosen
3
4
axar.az

7Sources