İlkin məlumatlara görə, Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalında və Suriyada PKK terrorçularının 47 hədəfinə endirdiyi zərbələr nəticəsində iki cinayətkar təşkilatın liderləri də daxil olmaqla 59 terrorçu məhv edilib.
Viral.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Nazirlik qeyd edib ki, oktyabrın 23-ü axşam saatlarında həyata keçirilən hava əməliyyatı çərçivəsində terrorçuların sığınacaqları və silah-sursat anbarları, o cümlədən digər texnikaları məhv edilib.
Son Yazılar:
- Türkiyə ordusu Suriya və İraqda 59 terrorçunu MƏHV ETDİ
- Bakıda aktyor və xanımını öldürən şəxs həbs OLUNDU
- Biləsuvarda ağır qəza: Ölən var və yaralanan var
Türkiyənin milli müdafiə naziri Yaşar Güler cümə axşamı səhər saatlarında bildirib ki, İraq ərazisində 29, Suriyada isə 18 hədəfə hava zərbələri endirilib.
“Türkiyə təhdidlərə boyun əyməyib və boyun əyməyəcək”, – deyən nazir bölgədə antiterror əməliyyatlarının davam etdiriləcəyini bəyan edib.