EN

Sənaye parklarında rezidentlər 489 milyon manat vəsaitə qənaət ediblər

Bakı. Trend:

Sənayeləşmə siyasətinin inkişafına mühüm töhfə verən sənayezonalarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişliinvestisiya mühiti yaradılıb.

Bunu Trend-əaçıqlamasında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonalarınİnkişafı Agentliyinin mətbuat xidmətinin rəhbəri Elçin Kazımovdeyib.

O bildirib ki, İqtisadi Zonaların İnkişafı Agentliyininidarəçiliyindəki sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si vəgömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 489 milyonmanat, cari ilin 9 ayında isə 28 milyon manat vəsaitə qənaətediblər.

"Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdənetibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergilərindən,istehsal məqsədilə idxal etdikləri texnikanın, texnolojiavadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrükrüsumlarından azad olunurlar", - deyə E. Kazımov vurğulayıb.

Chosen
16
6
az.trend.az

10Sources