EN

25 kilo arıqlayan Bergüzar Korel Kannda - Foto

Kanal D-də yayımlanacaq "Anam Ankara" serialı ilə ekranlara qayıtmağa hazırlaşan Bergüzar Korel Kannda göz qamaşdırıb.

Teleqraf.com xəbər verir ki, bir neçə ildir ailəsi ilə birlikdə London-İstanbul arasında səyahət edən Korel bundan öncəki layihəsi üçün saçlarını saraltmışdı.

"Anam Ankara" serialında oynadığı ana obrazı üçün saçlarını yenə təbii rənginə qaytaran Korel həmkarları ilə birgə Kannda hər il keçirilən serial yarmarkasında iştirak edib.

Aktrisanın Kannda çəkdirdiyi fotolar sosial şəbəkədə rəğbətlə qarşılanıb.

2009-cu ildə aktyor Halit Ergeçlə ailə quran Bergüzar Korel 2020-ci ildə Əli, ardınca Han, 2021-ci ildə isə qızı Leylanı dünyaya gətirib. Bu müddətdə xeyli kökələn Korel nizamlı qidalanma və idmanla 25 kilo arıqlayıb.


Müəllif: Pərvin Cəfərova
Chosen
13
teleqraf.com

1Sources