EN

TikTok Azərbaycanda TikTok For Business platformasını təqdim etdi

Qısa videoların izlənməsi və yaradılması üçün aparıcı platforma olan TikTok, Azərbaycandakı auditoriyaya TikTok For Businessplatformasını təqdim etdi. Bu platforma biznes vəzifələrinin effektiv həllinə kömək edir, brendlərin yaradıcı potensialını üzə çıxarır və marketinq yanaşmasını yenidən nəzərdən keçirməyə imkan yaradır.

TikTok - yaradıcılıq və özünüifadə, əyləncə və kəşflər üçün bir videoplatformadır və dünyada bir milyarddan çox insan tərəfindən istifadə olunur. TikTok Azərbaycanda müxtəlif yaş, fəaliyyət və peşələrə malik, fərqli maraq və hobbiləri olan canlı, unikal və çoxşaxəli bir cəmiyyəti bir araya gətirir. Platformanın istifadəçilər arasında artan populyarlığı bizneslər tərəfindən TikTok-a olan marağı artırır.

#TikTokMadeMeBuyIt həştəqiformalaşıb. Bu etiket altında istifadəçilər dünyadan aldıqları məhsulları bölüşür, paket açır və almaq üçün səbirsizləndikləri məhsullardan danışırlar.

Araşdırmalar göstərir ki, TikTok-da fəal şəkildə reklam olunan məhsullar populyarlaşır və platformanın təbii formatında reklamlar auditoriya tərəfindən müsbət qarşılanır. Belə ki, qlobal sorğuya görə, platforma istifadəçilərinin 61%-i TikTok-da məzmunu gördükdən sonra alış-veriş ediblər [4]. TikTok istifadəçilərinin isə 76%-i platformadan ilhamlanaraq etdikləri alışlardan məmnun qalıblar [5].

İndi Azərbaycandakı şirkətlər TikTok-da öz bizneslərini inkişaf etdirmək üçün marketinq yanaşmalarını yeni səviyyəyə qaldırmaq, hədəf auditoriyası ilə etibarlı dialoq qurmaq, yaradıcılığı və satışları artırmaq üçün güclü alətə çevirmək daxil olmaqla bütün imkanlardan istifadə edə bilərlər.

1. Kantar, Ad Performance Study, 2020

2. TikTok Marketing Science Global Entertaining Ads Study 2022, conducted by Marketcast

3. TikTok Marketing Science MENAT - Brand Shopping Triggers - Conducted by IPSOS 2022

4. TikTok Marketing Science Global Shopping Ads Product Research Study 2022, conducted by Material

5. TikTok Marketing Science MENAT - TikTok Made Me - Conducted by IPSOS 2023

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidie. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

Chosen
13
2
azpolitika.info

10Sources