EN

İDDİA:"Polat Alemdar" Bakıda ÖZÜNƏ VİLLA ALIB

"Polat Alemdar" kimi tanınan Türkiyənin məşhur aktyoru Necati Şaşmaz bu yaxınlarda Bakıya gəlib.

Gundem.az titul.az-a istinadən xəbər verir ki, o, hava limanından birbaşa taksi ilə "Sea Breeze"ə gedib.

Məşhuru tanıyan sürücü ona öz ehtiramını bildirib, filmlərini böyük maraqla izlədiyini deyib.

Necati azərbaycanlı sürücüyə təşəkkürünü bildirib.

Söhbət əsnasında sürücü Necati Şaşmaza oğlunun da serialda rol aldığını bildirib. Türk aktyor hansı filmdə soruşanda, sürücü Azərbaycanda çəkilən "Kölgə" serialını deyib. Ardınca filmdən fraqment göstərib. Necati fraqmentə baxarkən onun diqqətini serialın baş qəhrəmanlarından biri, ssenarist Nasir Kərimli çəkib.

Aktyor azərbaycanlı həmkarının obrazının öhdəsindən ustalıqla gəldiyini bildirərək, onunla görüşmək istədiyini dilə gətirib.

Sürücü bu istəyi yerinə yetirmək imkanının olduğunu desə də Necati Şaşmaz indi Bakıda vaxtının çox az olduğunu, təcili Türkiyəyə qayıdacağını bildirib və gələn səfərə bu görüşü təyin etməyini sürücüdən xahiş edib.

İddia edilir ki, məşhur türk fenomeni Bakıda, Emin Ağalarova məxsus "Sea Breeze"də özünə villa alıb.

Chosen
3
19
gundem.az

10Sources