EN

İmişlinin komissarı buna görə həbs edilib - Rəsmi AÇIQLAMA

İmişli rayonunun hərbi komissarı Xəyyam Babayev saxlanılıb.

Olaylar.az xəbər verir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğundan bildirilib ki, istintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik  və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  İmişli rayon şöbəsinin rəisi vəzifəsini icra edən, polkovnik-leytenant Babayev Xəyyam Mirzə oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  311.3.2-ci və 311.3.3-cü  maddələri ilə ittiham elan edilib, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
16
30
olaylar.az

10Sources