Türkiyənin TUSAŞ korporasiyasının Ankaradakı müəssisəsində törədilmiş terror aktında öldürülən terrorçulardan birinin şəxsiyyəti müəyyənləşib. Missiya.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” sosial şəbəkəsində danışıb.
“TUSAŞ-da terror aktı zamanı öldürülən terrorçunun kimliyini müəyyən etdik. Xainin Rojger ləqəbli PKK üzvü Əli Örek olduğu məlum olub”, - o qeyd edib.
Nazir əlavə edib ki, digər terrorçu qadının şəxsiyyəti isə hələ müəyyənləşdirilir.
Zərintac MayisqızıMissiya.Az