EN

Tokayev: BRICS-in çoxtərəfli səyləri BMT-nin fəaliyyətini ahəngdar şəkildə tamamlayacaq

BRICS qarşılıqlı faydalı əməkdaşlığa can atan bir çox ölkələrin praktiki maraq göstərdiyi qlobal beynəlxalq cəlbetmə mərkəzinə çevrilib...

"Report"un Kazana ezam olunan əməkdaşının məlumatına görə, bunu XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatının geniş tərkibdə görüşü zamanı deyib.

Onun sözlərinə görə, BRICS böyük inkişaf potensialına malikdir və müxtəlif qitələrin dövlətlərini birləşdirir, həmrəyliyi gücləndirir.

"Qazaxıstan üçün BRICS-ə üzv olan hər bir dövlətlə həqiqətən dostluq münasibətlərinin qurulması çox vacibdir. Şübhə yoxdur ki, BRICS-in çoxtərəfli səyləri hələ də əvəzolunmaz və universal struktur olan BMT-nin fəaliyyətini ahəngdar şəkildə tamamlayacaq", - K.Tokayev bildirib.

O vurğulayıb ki, Qazaxıstan BRICS məkanında tranzit-nəqliyyat əməkdaşlığının gücləndirilməsinə töhfə verməyə hazırdır.

Poliqon.info

Chosen
45
poliqon.info

1Sources