EN

Bakıda maskalı şəxs məktəblini oğurlamaq istədi - Foto

Paytaxtda uşaq oğurluğuna cəhd etmək istəyən şəxs peyda olub.

“Qafqazinfo” "Milli.az"a istinadən xəbər verir ki, hadisə ötən gün Ramana ərazisində baş verib.

Bildirilib ki, məktəblini oğurlamaq istəyən şəxsi görən ətrafdakı vətəndaşlar reaksiya göstərib, oğlan bu sayədə qaça bilib. Oğru isə qorxaraq ərazini tərk edib.

Məktəblini oğurlamaq istəyən şəxsin görüntüsü təhlükəsizlik kameralarına düşüb.

Uşağın atası Seyidov Kamil sayta bildirib ki, oğlunun 14 yaşı var.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı İbrahim Əmiraslanlı isə məsələ ilə bağlı qeyd edib ki, vətəndaş K.Seyidov polisə müraciət edərək ötən gün yetkinlik yaşına çatmayan övladının Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən təqib edilib. Məsələ ilə bağlı ərazi üzrə Sabunçu RPİ-nin 12-ci PŞ-də araşdırmalara başlanılıb.



Chosen
14
17
qafqazinfo.az

10Sources