Samuxda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində iki avtomobil toqquşub. Qəza nəticəsində rayonun Qarayeri qəsəbə sakinləri - 1959-cu il təvəllüdlü V.Məmmədov, 1981-ci il təvəllüdlü N.Seyfullayev və 1970-ci il təvəllüdlü Y.Abbasov xəsarət alıb.
Onlar Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.