EN

Anna Netrebko Dubayda göydə uçdu

Rusiyanın Xalq artisti Anna Netrebko Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) yollanıb.

OLAY yazır ki, sənətçi Dubayda adrenalin dolu anlar yaşanıb. 

Belə ki, Anna dünyanın ən hündür ziplaynından istifadə edib.

Göydə gəzmə əyləncəsindən çəkdiyi görüntüləri Netrebko instaqram səhifəsində yayımlayıb. 

Xalq artisti sözügedən paylaşımına “Qorxu yoxdur, sadəcə əyləncə” şərhini yazıb. 

Qeyd edək ki, Anna Xalq artisti Yusif Eyvazovla ailəli olub. Cütlük bir neçə ay əvvəl rəsmi şəkildə boşandığını açıqlayıb. Anna aylar əvvəl Dubayda göydələnlərin birində yerləşən düpleks mənzil alıb. Netrebkonun ilk evliliyindən Tyaqo adlı bir oğlu var.


Chosen
18
olay.az

1Sources