“2026-cı ilə kimi ali məktəbə qəbul planının 75000 olması hədəfdədir”.
Bizim.Media xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə rəqəm daha da artacaq:
“Çünki əvvəlki illərdən fərqli olaraq həm Qarabağ, həm də Türkiyə-Azərbaycan universitetləri fəaliyyətə başlayıb”, deyə nazir vurğulayıb.
Hürü Əliyeva, Bizim.Media