EN

"Tarzan"ın ulduzu öldü - FOTO

 "Tarzan" serialının ulduzu Ron Eli vəfat edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 1960-cı illərdə yayımlanan "Tarzan" serialının ulduzu, amerikalı aktyor Ron Elinin 86 yaşında dünyasını dəyişib.

Ron Elinin ölümünü onun qızı Kirsten Casale Ely sosial media hesabından elan edib:

"Mənim atam insanların qəhrəman adlandırdığı biri idi. O, aktyor, yazıçı, məşqçi, mentor, ailə başçısı və lider idi. Dünya ən böyük insanlardan birini itirdi, mən də atamı..."

Nərmin Mahmudova
Milli.Az
.

Məqaləyə dair fotomateriallar:

Chosen
4
3
milli.az

5Sources