EN

Gimnaziadada Azərbaycan idmançılarının məşq problemi

Azərbaycan komandaları bu gün Bəhreyndə keçirilən Gimnaziadada ilk rəsmi məşqini keçirir.

İdman.biz xəbər verir ki, güləşçilər, cüdoçular, boksçular və digər idman növlərinin nümayəndələri yarış başlamazdan əvvəl ilk məşqinə çıxmalıdırlar.

Lakin ilkin cədvəldə bəzi dəyişikliklər baş verib. Xüsusilə, cüdoçular ilk rəsmi məşqini keçirə bilməyiblər. Məşq təşkilatçılar tərəfindən ləğv edilib. Komanda məşqini qaldıqları otelin yaxınlığında etməli olub.

Həmçinin aerobika ustaları üçün ilk məşq də ləğv edilib.

İdman.biz

Chosen
25
idman.biz

1Sources