FİFA milli komandaların yeni reytinqini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan seçməsi sıralamada ötən ayla müqayisədə beş pillə geriləyib.
Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv hazırda 1161.8 xalla 118-ci sıradadır. Geriləməyə yığmamızın Millətlər Liqasındakı məğlubiyyətləri səbəb olub. Komandamız Estoniyaya səfərdə, Slovakiyaya evdə eyni – 1:3 hesabı ilə uduzub. Bu da ötən siyahıda 1173,15 xalla 113-cü olan millinin geriləməsi ilə nəticələnib.
Qeyd edək ki, siyahıya dünya çempionu Argentina (1883,5) başçılıq edir. Fransa (1859,85) ikinci, İspaniya (1844,33) üçüncüdür.