EN

Atam komada deyil, səhv məlumat verilir - Təhminə Mustafayeva

Atam komada deyil, səhv məlumat verilir - Təhminə Mustafayeva

"Atam hazırda, anlaqlı vəziyyətdədir. Sadəcə nitqində problem yaranıb".Bunu tanınmış vəkil Əsabəli Mustafayevin qızı Təhminə Mustafayeva atasının səhhətindən danışarkən deyib. O, atası ilə bağlı mətbuatda səhv məlumatın yayıldığını bildirib:"Atam insult keçirib. Hazırda reanimasiyadadır. Onun vəziyyəti barədə səhv məlumat verilir, komada deyil. Çox xahiş edirəm həssas yanaşaq bu məsələdə".Qeyd edək ki, tanınmış vəkil Əsabəli Mustafayev 3-cü dəfə insult keçirib. O, hazırda Sumqayıt 2 nömrəli xəstəxananın reanimasiya şöbəsində müalicə olunur.

Chosen
14
4
afn.az

5Sources