EN

Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR

Məlum olduğu kimi, ötən günlərdə Bakıda dəhşətli cinayət hadisəsi yaşanıb.

Belə ki, paytaxtın Nəsimi rayonunda yaşayan 85 yaşlı aktyor İosif Tkaç Zusyeviçin və arvadı 80 yaşlı Lyudmila Tkaç Mixaylovna evlərində qətlə yetiriliblər. Cinayət əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı İslam Hadıyev müəyyən olunaraq saxlanılıb. Hazırda da araşdırmalar davam etdirilir.

Qeyd edək ki, mərhum İosif Tkaç Zusyeviç 1995-ci ildən Səməd Vurğun adına Rus Dram Teatrının aktyoru olub.

Referans.az xəbər verir ki, “Cebheinfo.az” mərhum aktyorun qonşuları ilə əlaqə saxlayıb.

Qonşular onların çox savadlı ailə olduqlarını söyləyiblər:

“Lyudmila və İosif Tikaç qonşuluğumuzda qalırdılar. Ər-arvad tək yaşayırdılar. Çox mədəni, sakit və heç kimlə işi olmayan ziyalı ailə idilər. 2 qızları var, hər ikisi də evlənib xaricə köçüblər. Valideynlərinə çox bağlı idilər. Hətta bu yayda valideyinlərini Almaniyaya yay tətilinə aparmışdılar. Hazırda qızlarından biri Bakıya gəlib. Digər qız isə yaxın günlərdə gələcək”.

Onlar Lyudmila Tkaçın da çox savadlı müəllim olduğunu bildiriblər:

“O, sayılıb-seçilən riyaziyyat müəllimi idi. Çoxlu şagirdləri də var idi, repetitoruqla məşğul olurdu. Hər kəsin hörmətini qazanmışdı”.

Qonşular hadisənin təfərrüatları ilə bağlı isə bunları deyiblər:

“Onlar hər kəsə qapı açan insanlar deyildilər. Evə yalnız şagirdlər girib-çıxırdı. Şagirdlərdən başqa sadəcə lazım olanda ustaya qapı açırdılar. Bəlkə də qatil usta və ya kommunal xidmət işçisi kimi gəldiyi üçün ev sahibləri aldanaraq qapını açıblar”.


Chosen
13
1
referans.az

2Sources