EN

Azərbaycanlı hakim-inspektora növbəti dəfə UEFA-dan təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

"Operativ Media" xəbər verir ki, o, UEFA Region Kubokunun 7-ci qrupunun oyunlarının hakim-inspektoru olacaq.

29 oktyabr – 4 noyabr aralığında Bolqarıstanda təşkil olunacaq qrup oyunlarında ev sahiblərinin “SW Bolqarıstan”, İspaniyanın “Araqon”, Moldovanın “Anenii Noi” və Belarusun “İvatseviçi-Duss” klubu mübarizə aparacaq.

Chosen
13
15
operativmedia.az

10Sources