EN

“WhatsApp” yeni funksiyanı işə salıb

“WhatsApp” messencerinə kontaktları buluddan yükləmək üçün yeni funksiya əlavə edilib. Artıq yeni cihazda “WhatsApp” açan zaman kontaktları bir-bir köçürməyə ehtiyac olmayacaq. Onlar avtomatik olaraq smartfonun telefon kitabçası ilə sinxronlaşdırılan buluddan yüklənəcək.

Daha əvvəl “WhatsApp” tanımadığınız kontaktlardan qorunmaq üçün PİN-kod təyin etmək  funksiyasını sınaqdan keçirməyə başlayıb. Xidmət həmçinin istifadəçilərin təhlükəsizlik və məxfilik səviyyəsini artırmaq üçün Android tətbiqinin beta versiyasına ləqəb funksiyasını əlavə edib.

Chosen
8
banker.az

1Sources