EN

COP29: 32 mindən çox qonaq qeydiyyata alınıb

Bu ilin 11–22 noyabrında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak üçün müvafiq qeydiyyat prosesindən keçən iştirakçıların sayı 32 min nəfəri keçib.

COP29 Azərbaycan Əməliyyat Şirkətindən verilən məlumata görə, beynəlxalq iqlim konfransında iştirakla bağlı qeydiyyat prosesinə bu il iyunun 24-dən başlanılıb. Dünyanın müxtəlif ölkələrindən konfransda iştiraka göstərilən maraq qeydiyyatdan keçənlərin sayının günbəgün artıması ilə müşayiət edilib. Davam edən qeydiyyat prosesi ərzində bu rəqəmin yaxın günlərdə daha da artması gözlənilir.

Bildirilib ki, COP29 konfransı beynəlxalq iqlim siyasətinin formalaşmasında əsas platforma olaraq dünya miqyasında iqlim dəyişmələrinə qarşı mübarizə məsələlərinin müzakirə mərkəzi olacaq. Dünyanın bir sıra ölkələrindən bu müzakirələrdə iştirak etmək üçün 10 minlərlə nümayəndənin Bakıda qarşılanması üçün yekun hazırlıq işləri davam etdirilir.

Chosen
9
22
xalqqazeti.az

10Sources