EN

"Changan" pikap və kupe-krossoverin hibridini təqdim edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Çində pikapa çevriləbilən "Changan Nevo E07" krossoveri təqdim edilib.
Oxu.Az bu barədə carnewschina.com-a istinadən məlumat verir.
Krossover iki avtomobilin hibrididir. Normal görünüşdə "E07" kupe-krossover görünüşünə malikdir. Lakin burada adi baqaj qapısı yoxdur, onun əvəzinə UAZ avtomobillərində olduğu kimi açılan bort var. Damı qabağa sürüşdürmək olar, bu zaman maşın pikap görünüşü alacaq. Onun yük götürmə qabiliyyəti 300 kq təşkil edir.
"E07"nin uzunluğu 5 045 mm, təkər bazası isə 3 120 mm-dir. Avtomobil 1.5 litrlik benzin mühərriki əsasında hibrid güc qurğusu ilə təklif olunacaq. Həmçinin müştərilərə gücü 338 at qüvvəli tək elektrik mühərrikli versiya və 590 at qüvvəli 4WD modifikasiyası ilə təklif olunacaq.
Çində avtomobilin qiyməti 200 000 yuan (təxminən 47 695 manat) təşkil edəcək.
Chosen
13
50
oxu.az

10Sources