UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turuna yekun vurulub.
Yenisabah.az xəbər verir ki, turun ikinci oyun günündə daha 9 oyun keçirilib.
“Barselona” doğma meydanda Almaniya təmsilçisi “Bavariya”nı böyük hesabla məğlub edib - 4:1.
“Mançester Siti” isə “Sparta”nı (Çexiya) darmadağın edib - 5:0. İngiltərənin digər təmsilçisi “Liverpul” isə səfərdə “Leyptsiq”ə (Almaniya) minimal hesabla qalib gəlib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
III tur
23 oktyabr
“Atalanta” (İtaliya) - “Seltik” (Şotlandiya) 0:0
“Brest” (Fransa) - “Bayer 04” (Almaniya) 1:1
“Mançester Siti” (İngiltərə) - “Sparta” (Çexiya) 5:0
“Leyptsiq” (Almaniya) - “Liverpul” (İngiltərə) 0:1
“Barselona” (İspaniya) - “Bavariya” (Almaniya) 4:1
“Atletiko” (İspaniya) - “Lill” (Fransa) 1:3
“Benfika” (Portuqaliya) - “Feyenoord” (Niderland) 1:3
“Zaltsburq” (Avstriya) - “Dinamo” (Zaqreb, Xorvatiya) 0:2
“Yanq Boys” (İsveçrə) - “İnter” (İtaliya) 0:1
Qeyd edək ki, Liqa mərhələsində IV tura noyabrın 5-də start veriləcək.
Telegram kanalımız