EN

Gürcüstanın hakim partiyası Tbilisidə yekun seçki mitinqini keçirib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gürcüstanda hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası oktyabrın 26-na təyin edilmiş parlament seçkisi ərəfəsində Tbilisinin Azadlıq meydanında minlərlə insanın iştirakı ilə mitinq keçirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, partiya liderləri Azadlıq meydanında quraşdırılmış səhnədən seçicilərə müraciət ediblər.
Tədbirlə əlaqədar Azadlıq meydanında və Rustaveli prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Təhlükəsizlik qaydalarına uyğun olaraq tədbir ərazisində çox sayda polis səfərbər olunub.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkisi keçiriləcək. 12 ildir hakimiyyətdə olan hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyası dördüncü dəfə qalib gəlməyə çalışacaq.
Chosen
20
10
oxu.az

10Sources