EN

Cəlilabadda kompleks mülki müdafiə təlimi keçiriləcək

Cəlilabad rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçiriləcək.

"Far.Az"un Muğan bürosunun məlumatına görə, bu barədə bu gün keçirilən müşavirədə məlumat verilib.

Təlim Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin və Cəlilabad Rayon İcra Hakimiyyətinin 2024-cü il üçün mülki müdafiə tədbirləri planına uyğun olaraq cari ilin 28-30 oktyabr tarixlərində baş tutacaq.

Bugünkü müşavirədə təlimdə iştirak edəcək rayon mülki müdafiə idarəetmə orqanları, xidmətləri və qüvvələri təlimə hazırlıqla bağlı təşkilati göstərişlərlə tanış edilib, təlimə hazırlıq dövründə və təlimin gedişində əməli tədbirlərin yerinə yetirilməsi üçün lazımi qüvvə və vasitələrin ayrılması barədə tapşırıq verilib.

Chosen
43
far.az

1Sources