Ermənistan Azərbaycanla sərhəddə vəziyyətə nəzarət edən Avropa İttifaqının mülki missiyasının mandatının uzadılmasının tərəfdarıdır.
Ermənistan KİV-i xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.
“Bildiyim qÉ™dÉ™r, AÄ° missiyanın mandatının uzadılması imkanını nÉ™zÉ™rdÉ™n keçirir... Biz AÄ°-nin müşahidəçi missiyasının olmasını zÉ™ruri hesab edirik”, - o deyib.
Xatırladaq ki, Avropa diplomatiyasının rəhbəri Jozep Borrell 2023-cü il dekabrın 11-də Aİ ölkələrinin xarici işlər nazirlərinin Ermənistandakı Aİ müşahidəçilərinin sayını 138-dən 209-a çatdırmaq qərarına gəldiklərini bəyan etmişdi. Avropalı məmurun sözlərinə görə, missiyanın genişləndirilməsi Ermənistan-Azərbaycan sərhədində sabitliyin artırılması vasitəsi olacaq.