EN

Fidan: Terror ünsürlərinə qarşı mübarizəmizi davam etdirəcəyik

"Biz daxildə və xaricdə bütün terror ünsürlərinə və onları qidalandıran qüvvələrə qarşı qətiyyətlə mübarizəmizi davam etdirəcəyik".

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan TUSAŞ-a qarşı hücuma dair açıqlamasında bildirib.

"Önümüzdəki dövrdə milli müdafiə imkanlarımızı gücləndirməyə davam edəcəyik və Türkiyəni hədəf alan qrupların və onların dəstəkçilərinin ölkəmizlə bağlı məqsədlərinə çatmasına əsla imkan verməyəcəyik",- deyə nazir vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
10
13
milli.az

10Sources