EN

Ali Baş Komandan Rusiyaya getdi – Helikopterlər havaya qaldırıldı

Azərbaycan Prezidenti İlham Əliyevin təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiət edib.

İNFOAZ.WS AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfərə gəlib.

Kazan Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov qarşıladı.

 

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от İNFOAZ.WS (@infoaz.ws)

Chosen
14
49
infoaz.ws

10Sources