EN

Rəsmi Bakı Türkiyədə baş verən terror aktını pislədi

Azərbaycan Xarici İşlər Nazirliyi Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasında baş verən terror aktını pisləyib.Metbuat.az-ın məlumatına görə, XİN “X” sosial şəbəkəsində bununla bağlı paylaşım edib:“Qardaş Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktını qətiyyətlə pisləyirik! Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik! Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”, - paylaşımda deyilir.

Chosen
3
22
metbuat.az

10Sources