EN

Kərəm Aktürkoğlu doğum gününü canlı yayında qeyd etdi

''Benfika''ya transfer olunduqdan bu yana əla performans sərgiləyən və populyarlığını artıran Kərəm Aktürkoğlu son vaxtlar tez-tez canlı yayınlar açır.

Oktyabrın 21-də onun 26 yaşı tamam oldu. Doğum günündə də canlı yayın açan Kərəm şad anlarını 21 min nəfərlə birlikdə qeyd etdi. Aktürkoğlu ''anam mənim ad günümdə yalqız olacağımı söyləyərək üzülmüşdü. Mən də ''narahat olma ana, canlı yayın açacam, tək olmayacam'' dedim. Bu yayını da onun üçün açdım. Tək olmadığımı görsün'' deyərək yayın zamanı anasına zəng vurdu. Aldığı tortu da göstərən Kərəm daha sonra bunları dedi:

''Anacan nə edirsən? Salamlar olsun. 21 min nəfərlə birlikdə ad günümü qeyd edirəm. Gördüyün kimi yalqız deyiləm. Tortum da var. Marketdən aldım''.

Kərəm daha sonra ona Mərt Hakan Yandaşla bağlı israrla verilən suallara da cavab verdi. ''Fənər''in kapitanlarından olan Yandaş ilə Aktürkoğlu arasında ötən mövsümün sonlarına yaxın oynanılan derbi zamanı münaqişə yaşanmışdı. O hadisədən sonra da onlar bir neçə dəfə sözlü atışma yaşamış və ad çəkmədən bir-birilərinə söz atmışdılar. Elə bu dəfə də Kərəm ad çəkmədən bunları dedi:

''Boş verin. Özlərini nəsə zənn edib danışırlar. Öz camiələrinə şirin görsənmək üçün məsələni başqa yerə çəkirlər. Bu haqda heç danışmağa da dəyməz''.


ƏLİ
Chosen
17
football-plus.az

1Sources