EN

TƏCİLİ XƏBƏR: Türkiyədə dəhşətli terror, oldu, insanlar girov götürüldü – Xeyli sayda ölən və yaralı var/FOTO

Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binası yaxınlığında partlayış baş verib.

Ekologiya.az-ın xəbərinə görə, bu barədə İHA agentliyi məlumat yayıb.

Partlayışın səbəbləri hələ məlum deyil.

“Ankarada, Qəhrəmankazan rayonunda TUSAŞ-ın istehsalat müəssisəsində partlayış baş verib, atışma səsləri də eşidilir”, – deyə məlumatda bildirilir.

***

Xəbər verdiyimiz kimi, Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aerokosmik Sənayesinin (TUSAŞ) qarşısında atışma davam edir.

Musavat.com-un məlumatına görə, içəridə girovların olduğu bildirilir.

Sözügedən girovların görüntüləri yayılıb.

Həmin görüntüləri təqdim edirik.

Musavat.com


Chosen
21
5
ekologiya.az

10Sources